Bu ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb

Bu ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb

Gələnlərin 66,3%-ni kişilər, 33,7%-ni isə qadınlar təşkil edib.

Rasthaber Azərbaycan xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana 2 milyon 923,8 min nəfər turist gəlib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 11% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana gələn turistlərin sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 11% - 2 milyon 923,8 min nəfərə qədər artıb. Gələnlərin 29,7%-i Rusiya Federasiyası, 22,6%-i Gürcüstan, 9,9%-i Türkiyə, 8%-i İran, 3,5%-i Səudiyyə Ərəbistanı, 2%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olub”, - deyə məlumatda bildirilir.

Gələnlərin 66,3%-ni kişilər, 33,7%-ni isə qadınlar təşkil edib.

2019-cu ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22% artaraq 130 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,1% artaraq 1 mln. 60 min nəfər olub.

Azərbaycana yanvar-noyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (90%), Hindistan (67,7%), Çin (63,1%), Misir (58,5%), Malayziya (51,2%), Səudiyyə Ərəbistanı (46,1%), Macarıstan (32,8%), Polşa (31,7%), Özbəkistan (27,3%), İspaniya (26,6%), Filippin (26,5%), Böyük Britaniya (26,5%), Qazaxıstan (24,1%), Cənubi Koreya (20,2%), Gürcüstan (20,1%) və Almaniya (19,8%) vətəndaşları arasında qeydə alınıb.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,4%-i dəmir yolu və avtomobil, 40,8%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 5095,0 min nəfər olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5%, Gürcüstana gedənlərin sayı 12,7%, Rusiya Federasiyasına gedənlərin sayı 6,2%, Türkiyəyə gedənlərin sayı isə 4,5% artıb.

“Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,5%-i dəmir yolu və avtomobil, 16,8%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib”, - deyə məlumatda qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR