Bağdad hökuməti 2023-cü ildə İraqda keçirilən Ərbəin mərasimində 25 milyon insanın iştirak etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İraq hökuməti builki Ərbəin mərasimi ilə bağlı hesabat dərc edib.
Hesabatda Ərbəin tədbirlərinə 25 milyon insanın qatıldığı bildirilib.
Bu hesabata görə, Məhəmməd Şia əl-Sudani hökumətinin Ərbəin fəaliyyətləri belədir:
1. 5 fevral 2023-cü ildə Baş Nazirlik tərkibində Ərbəin Yürüşünün daimi inzibati qurumu quruldu. Bu qurumun missiyası Ərbəin yürüşünün ən yaxşı şəkildə təşkili və ziyarətçilərə yaxşı xidmətlər üçün Ərbəin haqqında təkliflər və araşdırmalar təqdim etməkdir.
2. İraqın daxili işlər naziri, Müvəqqəti Komitə və Təhlükəsizlik Komitələri və Baş nazirliyin rəhbərlik etdiyi Xidmət Şuralarının sədrliyi ilə Ərbəin Həcc Komitəsinin yaradılması.
Xüsusilə Kərbəla və Nəcəfin qərbində yolların və vilayətlərin təhlükəsizliyini təmin etmək üçün hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirilib.