Builki Ərbəin mərasimi, bu hadisənin tarixi ərzində, ən geniş şəkildə KİV-də işıqlandırılıb.
Az.rasthaber.com “İraq İnformasiya Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə İraq KİV və Kommunikasiya Komissiyasının başçısı Əli əl-Muayyed məlumat verib.
Bildirilib ki, Kərbəla şəhərinin özündə Ərbəin 2 286 jurnalist və reportyor tərəfindən işıqlandırılıb.
“Bu il İmam Hüseyn (ə) Ərbəininin işıqlandırılması üçün təkcə Kərbəla şəhərində təxminən 1300 iraqlı və 44 ölkədən olan 938 jurnalist olub“, – deyə o qeyd edib.
İraqlı rəsmi deyib ki, “builki Ərbəin mərasimi misilsiz və tarixi olub“.
“Onu 92 peyk kanalı, 21 xarici kanal, 57 radiostansiya, onlarla informasiya agentliyi, 26 media mərkəz və 10 studiya işıqlandırıb“, – deyə əl-Muayyed əlavə edib.