Bu il ilk dəfə olaraq qadınlar qəyyumsuz Həcc ziyarətinə gedə bilib

Bu il ilk dəfə olaraq qadınlar qəyyumsuz Həcc ziyarətinə gedə bilib

Bu il ilk dəfə olaraq məhrəmin (ərin və ya yaxın qohumun) müşayiəti olmadan qadınların Həcc ziyarətinə getməsinə imkan yaradılıb.

Az.rasthaber.com xəbər verir ki, Həcc və Ümrə Nazirliyi qadının yanında kişi qohumunun iştirakı olmadan viza alıb Həcc ziyarətini yerinə yetirməyini o şərtlə icazə verib ki, qadınlar fərdi deyil, qrup şəklində ziyarəti həyata keçirsinlər.

Niyə qadını kişi müşayiət etməlidir? Qadın özünə qulluq etməyi bacarır. Mən kişi qohumu olmasa belə Həcc ziyarətinə getməyə imkanı olan bütün qadınları Həcc ziyarətinə getməyə təşviq edirəm”, – deyə ilk dəfə təkbaşına Həcc ziyarətinə gedən Tunisdən olan 60 yaşlı Leyla Əl-Karni deyir.

Qadınlar cəsarətli olmalı və müxtəlif şəraitlərə uyğunlaşa bilməlidirlər. Bir qadın yüzlərlə kişiyə bərabər ola bilər”, – deyə təqaüdə çıxana qədər 1400 nəfərdən ibarət şirkətə rəhbərlik edən Leylanın bacısı Abdul Malik bildirib.

Səudiyyə Ərəbistanı qadınların təkbaşına Həcc və Ümrə ziyarətinə olan qadağanı 2021-ci ildə aradan qaldırıb. Daha öncə Həcci yerinə yetirmək üçün yaşı 45-dən aşağı olan qadınların yanında məhrəmi (ata, qayınata, oğul, qardaş, əmi və dayı) olmalı idi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı qadınlara qarşı əvvəllər mövcud olan məhdudiyyətləri tədricən aradan qaldırmağı planlaşdırır. Artıq qadınlara avtomobil sürmək, qatar və hətta təyyarə idarə etmək, habelə xaricə müşayiətsiz səyahət etmək icazəsi verilib.

Xəbəri paylaş

VİDEOLAR