Bu gündən Həcc ziyarətinə sənəd qəbulu başlayır

Bu gündən Həcc ziyarətinə sənəd qəbulu başlayır

Bu gündən Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılır.

Az.rasthaber.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Həcc ziyarətinə getmək üçün Xarici pasport; Şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil; Sağlamlıq haqqında arayış tələb olunur.

Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR