Bu gün Ümumdünya Hicab Günüdür

Bu gün Ümumdünya Hicab Günüdür

Bu gün - 1 fevral Ümumdünya Hicab Günüdür.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu gün dinindən, irqindən və mənsub olduğu cəmiyyətdən asılı olmayaraq, dünyadakı hər bir qadına hicab geyinərək bütün dünyada öz dini baxışlarına görə təqiblərə məruz qalan müsəlman xanımlara öz dəstəklərini ifadə etmək təklif edilir.

Qeyd edilib ki, bu, həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar üçün ümumi bir bayramdır və onun məqsədi müsəlmanlara dair mədəni məlumatlılıq və anlayış səviyyəsinin artırılması məqsədini daşıyır, həmçinin beynəlxalq həmrəylik xarakterli bir gündür.

Xatırladaq ki, bu gün 10 il öncə Nyu-Yorkda Nəzmə Xan tərəfindən yaradılıb.

Builki bayram "Hicab bizim tacımızdır, cinayət deyil" şüarı ilə keçirilir.

Xəbəri paylaş

VİDEOLAR