Bu gün Ruhullah Novruzzadənin məhkəmə prosesi keçirilib
Rasthaber Azərbaycan xəbər verir ki, “Mizan Maarif Mərkəzi” İctimai Birliyinin baş direktoru, ilahiyyatçı Ruhullah Novruzzadənin Bakı Ağır Cinayətlər Məhkəməsi keçirilib.
İttiham tərəfi məhkəmədən R. Novruzzadəyə 7 il həbs istəyib.
Məhkəmənin növbəti prosesi aprel ayına təyin olunub.
O, ötən il yanvarın 31-də həbs olunub. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Novruzzadə hazırda Şüvəlanda istintaq təcridxanasında saxlanılır.