Bu gün mərhum Ayətullah Ələvi Qorqani ilə vida mərasimi keçiriləcək

Bu gün mərhum Ayətullah Ələvi Qorqani ilə vida mərasimi keçiriləcək

Şiələrin böyük təqlid mərcələrindən olan Ayətullah Seyid Məhəmməd Əli Ələvi-Qorqani 82 yaşında haqqın dəvətinə ləbbeyk deyib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki. Ayətullahül-üzma Ələvi Qorqaninin cənazəsinin müşayiət olunması və dəfn mərasimi bu gün Qum şəhərində keçiriləcək. 

İran İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Ayətullah Ələvi Qorqaninin vəfatı ilə bağlı başsağlığı verib.

Ayətullahül-üzma Xameneinin başsağlığı müraciətinin bir hissəsində deyilir: "Bu müəzzəm təqlid mərcəyi İnqilabın müxtəlif məsələləri və ölkə məsələlərində həmişə sədaqətlə xalqın yanında olub və quruluşa dəstək verib və İslam İnqilabının ülvi dəyərlərinin yüksəlişi istiqamətində dəyərli xidmətlər göstərib ki, bu da ilahi lütf və rəhmətə səbəb olacaq".

Xəbəri paylaş

VİDEOLAR