Bu gün Beynəlxalq Qüds günüdür - VİDEO

Bu gün Beynəlxalq Qüds günüdür - VİDEO

Ramazanın son cüməsi "Beynəlxalq Qüds günü" kimi qeyd edilir.

Ümumdünya Sionist Təşkilatı 1895-ci ilin avqust ayında İsveçrənin Bil şəhərində Teodor Hartzelin başçılığı ilə yaradılmışdı. Ancaq bu təşkilat Birinci dünya müharibəsinin sonuna qədər heç bir əhəmiyyətli addım ata bilmədi. Böyük Britaniya Birinci dünya müharibəsinin sonuna yaxın Fələstin ərazisini işğal etdi. Bu vaxt Fələstində yaşayan 500 minlik əhalinin ancaq 5%-ni yəhudilər təşkil edirdi. Buna baxmayaraq ingilis hakim dairələri gələcəkdə Fələstini özlərinin etibarlı istinadgahına çevirmək üçün 1917-ci il noyabrın 2-də Balfur bəyannaməsi sənədini irəli sürdülər. Bu bədnam bəyannamədə Fələstində "yəhudi xalqı üçün milli ocaq" yaradıldığı elan edildi. ABŞ, Fransa və İtaliya da bu bəyannaməyə qoşuldu. Bununla da İngiltərə Fələstində öz qoşunlarını saxlamağa və 1920-ci ildə Fələstin üzərində mandat hüququ almağa nail oldu. Beləliklə İngiltərə yəhudilərin Fələstin torpaqlarına kütləvi köçürülməsinə şərait yaratdı. Yəhudilərin kapital qoyuluşunu gücləndirmələri, çoxlu torpaq almaları və icarə etmələri nəticəsində ərəb-yəhudi münasibətləri kəskinləşdi..

Beləliklə 1947-ci il noyabr ayının 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxartdı. Qərara əsasən Fələstinin 54%-i yəhudi, 45%-i isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan 1% ərazi isə beynəlxalq ərazi оlmalı idi. Siоnistlər 1948-ci il may ayının 14-ü müstəqil İsrail dövlətinin yaradıldığını elan etdilər. Tədricən Fələstin ərazisinin 77%-ni tutmağa nail оldular. Həmin ərazilərdə yaşayan 925 min fələstinlinin 800 min nəfərini didərgin salaraq, orada özləri məskunlaşdılar. 1948-ci ilin sonunda Fələstində 1 milyon 400 min nəfər fələstinli yaşayırdı. Siоnistlər işğal edilmiş ərazilərdəki 585 kənddən 478-ini dağıdaraq, 34 qanlı qırğın törətdilər. Fələstinin qalan ərazilərini – qərb sahilini əhatə edən 5876 kvadrat kilometrlik ərazini İordaniya rəsmi olaraq özünə, Qəzza bölgəsini isə Misir öz ərazisinə birləşdirdi .
1949-cu ildən İsrail Qüdsü paytaxt elən etdi. 1967-ci ildən İsrail bütün şəhər əraziinə nəzarət edir. Şəhərin bütövlükdə İsrail paytaxtı kimi statusu beynəlxalq ictimaiyyətin əhəmiyyətli hissəsi tərəfindən hələ də tanınmamışdır.

Qüds şəhəri. Müsəlmanların ilk qibləsinin yerləşdiyi şəhər
Qüds həm yəhudilər, həm xristiyanlar, həm də müsəlmanlar üçün çox mühüm bir şəhərdir. Üç İlahi dinin hәr biri üçün müqәddәs olan Qüdsdə bu dinlәrin әn məşhur mәbәdlәrinin bir hissәsi yerləşir. Belə ki, müsəlmanlar üçün Qüds “Əl-Əqsa” məscidinin yerləşdiyi, xristianlar üçün İsa peyğəmbərin(ə) son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün İbrahim peyğəmbərin(ə) oğlu İsmayılı(ə) qurban kəsdiyi yer, Süleyman peyğəmbərin(ə) sarayının olduğu, Davud peyğəmbərin(ə) şöhrət qazandığı şəhərdir. Qüds İslam aləmində Məkkə vә Mədinədәn sonra üçüncü ilahi müqәddәs şәhәr hesab olunur.
Siоnistlər Qüdsü də yəhudiləşdirməyə daha çox diqqət yetirirdilər. Belə ki, şəhərin 86%-nə ağalıq edən İsrail bu şəhəri yəhudi muhacirləri ilə dоldurmağa başladı. 2000-ci ilin statistik göstəricilərinə görə Qüdsün yəhudilərin əlində olan hissəsində 450 min yəhudi və 210 min fələstinli yaşayırdı. Şəhərin şərq hissəsində – Əqsa məscidinin də yerləşdiyi ərazilərdə isə 200 min yəhudi yerləşdirildi və onların yaşadıqları qəsəbələri isə yəhudi yaşayış məskənləri ilə əhatəyə aldılar. Məqsəd şərqi Qüdsü ərəb yaşayış məskənlərindən təcrid etmək idi. Siоnistlər Qüdsü özlərinin əbədi paytaxtı elan etdilər. Onlar Əqsa məcdini də ələ keçirməyi düşünürdülər. Buna görə də yəhudilər məscidin qərb divarını da müsadirə etdilər (Ağlama Divarı). Onun yanında olan qоnşu Məğaribə qəsəbəsini dağıdaraq bu yerləri də mənimsədilər. Siоnistlər Əqsa məscidinin altında indiyə kimi 10 mərhələdə qazıntı işləri apararaq 4 tunel qazdılar ki, bu da məscidin hər an uçulub-dağılma təhlükəsini yaradır. Onlar 25-ə yaxın terror qruplaşması yaratdılar ki, bunun da məqsədi Əqsa məscidini dağıtmaq onun yerində isə Süleyman məbədi tikməkdir. 1967-ci ildən 1998-ci ilə qədər оlan dövrdə onlar məscidi dağıtmaq üçün 112 təxribat hadisəsi törətdilər. Bu təxribatlardan ən yadda qalanı yəhudilərin 1969-cu il avqust ayının 21-də Əqsa məscidini yandırmaları idi .

 İmam Xomeyninin(ə) bəyanatı
1979-cu il İran İslam İnqilabının Lideri Ayətullah Ruhullah Musəvi Xomeyni(r.ə) ilk dəfə olaraq 1982-ci ildə məzlum Fələstin xalqına dəstək və müsəlman aləminin vəhdəti üçün bundan sonrakı illərdə Mübarək Ramazan ayının son Cümə gününün “Beynəlxalq Qüds günü” kimi qeyd ediləcəyinə dair bəyanat verdi. Bəyanatda Siyonizmin zülmünə etiraz, Fələstin xalqına dəstək, müsəlmanların vəhdəti, Fələstinin timsalında işğal olunmuş digər müsəlman torpaqlarını geri qaytarmaq həmçinin İsrailin timsalında digər düşmənlərə qarşı müqavimət məsələləri öz əksini tapmışdı. Belə strateji tarixi bir günün məhz Mübarək Ramazan ayında təyin olunması təsadüfi deyildi. Belə ki, əziz İslam Peyğəmbəri(s) məhz Mübarək Ramazan ayında Meraca gedərkən ilk öncə Qüds şəhərində yerləşən “Məscidül Əqsa”nı ziyarət etmiş ondan sonra isə Meraca getmişdir. Digər tərəfdən Mübarək Ramazan ayı bütün müsəlmanlar üçün vəhdət ayıdır və bu ay insanın özünəqayıdış aydır. Şübhəsiz bu ayda müsəlmanların həm nəfslərinə həm də zahiri düşmənlərinə qarşı qətiyyət göstərmələri olduqca məntiqli və tamamlayıcı bir məqamdır.

 

VİDEOYA KEÇİD

 

Xəbəri paylaş

VİDEOLAR