Əbu-Dabidə İran-BƏƏ münasibətləri müzakirə olunub

Əbu-Dabidə İran-BƏƏ münasibətləri müzakirə olunub

İranın Əbu-Dabidəki səfiri Rza Əmiri Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının prezidenti Saqr Qubaş ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İranın Əbu-Dabidəki səfiri Rza Əmiri Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının prezidenti Saqr Qubaş ilə görüşüb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi vurğulanıb.

İranın Əbu-Dabidəki səfiri Amiri deyib ki, Tehran iki ölkə arasında birgə əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır.

Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının prezidenti Saqr Qobaş da ikitərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq, vaxtaşırı ikitərəfli görüşlər keçirməklə əməkdaşlığın gücləndirilməsində parlamentlərin mühüm rolunu vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR