BTM: Yəmənlilər aclıqdan ölməmək üçün yarpaq yeyirlər

BTM: Yəmənlilər aclıqdan ölməmək üçün yarpaq yeyirlər

Yəmən xalqı sağ qala bilmək üçün ağacların yarpaqları ilə qidalanmaq məcburiyyətindədir.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramından (ÜƏP) məlumat verilib.

Ölkədəki müharibə və iqtisadi böhran dərinləşməkdədir, hər yerdə aclıq yaşanır.

Müharibədən daha çox zərər görən bəzi bölgələrdəki ailələr məcburiyyətdən ağac yarpağı yeyirlər.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.

Xəbəri paylaş

VİDEOLAR