Suriya Türkiyəyə qarşı heç bir düşmən addım atmayıb.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd "Rossiya 24" telekanalına müsahibəsində bildirib.
"Suriyanın Türkiyəyə qarşı hansı böyük və ya kiçik düşmən addımını atıb? Belə bir şey yoxdur. Suriya-Türkiyə nikahları var, ailələr var, həyati əhəmiyyətə malik ümumi maraqlar var. Bu mədəniyyətlərin qarşılıqlı əlaqəsi tarixə bağlıdır. Ona görə də bizimlə onlar arasında ciddi fikir ayrılıqlarının olmasını demək məntiqsizlikdir", - deyə Əsəd Rusiya telekanalına müsahibəsində bildirib.
Suriya prezidenti "Təbii Türklərdən bəhs edərkən qardaş xalq kimi bəhs edirəm. İndi Türk xalqından soruşuram; Suriya ilə probleminiz nədir? Uğrunda Türk vətəndaşlarının ölmək məcburiyyətində olduğu nə kimi problem var?,", -deyə əlavə edib.