Bəşər Əsəd: Çinlə daha intensiv dialoqa hazırıq

Bəşər Əsəd: Çinlə daha intensiv dialoqa hazırıq

Suriya prezidenti Bəşər Əsəd hazırkı beynəlxalq şəraitdə Suriya ilə Çin arasında daha intensiv dialoqun aparılmalı olduğunu bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, Əsəd China Media Group-a verdiyi eksklüziv müsahibəsində Çinin dünyanın əsas ölkələri arasında beynəlxalq arenada mühüm rol oynadığına diqqət çəkib.

Çinin hegemonizmin aradan qaldırılması və yeni tip beynəlxalq münasibətlərin qurulmasını dəstəklədiyini qeyd edən Əsəd Suriyanın da müxtəlif ölkələrlə strateji tərəfdaşlıq əlaqələri quraraq beynəlxalq məsələlərdə iştirakına ehtiyac olduğunu bildirib.

Çinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) başda olmaqla müxtəlif beynəlxalq platformalarda daim suriyalıların tərəfində olduğunu xatırladan Əsəd, mövcud beynəlxalq şəraitdə iki ölkə arasında daha geniş dialoqun aparılmasının vacibliyini vurğulayıb.

Qərb ölkələrinin təşəbbüsləri ilə Suriya xalqının ağrılar içində olduğunu qeyd edən Əsəd, Çinin Suriyaya humanitar yardım etdiyini və Suriya xalqının əziyyətini azaltdığını bəyan edib.

Xəbəri paylaş

VİDEOLAR