Bəsic komandiri evinin qarşısında qətlə yetirildi

Bəsic komandiri evinin qarşısında qətlə yetirildi

İranda Bəsic briqadasının komandirlərindən birinə qarşı terror aktı törədilib.

Rasthaber Azərbaycan xəbər verir ki, İranda yüksək rütbəli Bəsic briqadasının komandirlərindən birinə qarşı terror aktı törədilib.

İslamazeri.com "Mehr" agentliyinə istinadən xəbər verir ki, İranın Xuzistan əyalətində Darxoin şəhərinin Bəsic komandiri Əbdülhüseyn Müqəddəmi evinin önündə sui-qəsd nəticəsində qətlə yetirilib. Hadisə əyalətin Şadgan  şəhərində gecə saatlarında baş verib.

Terror aktını üzərinə götürən olmayıb.

Sadegan valisi Səid Hacıan hüquq mühafizə orqanlarının terror aktı ilə bağlı araşdırmalara başladığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR