İraq Kürd Regional Rəhbərliyinin (KRH) keçmiş prezidenti Məsud Bərzani şəhid general Qasım Süleymaninin İŞİD-lə mübarizədə kürdlərə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Az.rasthaber.com xəbər verir ki, İraq Kürdüstan Demokratik Partiyasının (KDP) lideri Məsud Bərzaninin yazdığı “Bərzani və Kürd Milli Azadlıq Hərəkatı” kitabının altıncı cildi işıq üzü görüb.
İki hissədən və 1234 səhifədən ibarət kitab 2003-2016-cı illər arasında İraq və Kürdüstan bölgəsində baş verən hadisələrdən bəhs edir.
Kitabda Bərzaninin qərarları və işləri ilə bağlı çoxlu fotoşəkillər və sənədlər də yer alıb.
Məsud Bərzani yeni kitabında İran İslam Respublikasının və xüsusilə Şəhid General Qasım Süleymaninin İŞİD-lə mübarizədə kürdlərə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Məsud Bərzani şəhid general Qasım Süleymaninin kürdlərə comərdcəsinə kömək etdiyini bildirib.