Bərzani: Buna heç vaxt icazə verməyəcəyik!

Bərzani: Buna heç vaxt icazə verməyəcəyik!

İraq Kürdüstanı Regionunun başçısı İran Prezidenti Məsud Pezeşkiyanın bu bölgəyə səfəri zamanı deyib: “Ərbil heç vaxt Regionun ərazisindən İrana hücum üçün istifadə edilməsinə icazə verməyəcək.”

Az.rasthaber.com xəbər verir ki, Neçirvan Bərzani daha sonra İran Prezidentinin Ərbildə olmasını tarixi adlandıraraq deyib: “Xalq və Kürdüstan Regionu İran Prezidentinin səfərindən məmnundur.”

İraq Kürdüstanı Regionunun başçısı əlavə edib: “Görüşlərdə biz münasibətlərin inkişafını və təhlükəsizlik məsələlərini vurğuladıq və münasibətlərin səviyyəsini yüksəltməyə hazırlıq var.”

Xəbəri paylaş

VİDEOLAR