Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxub
Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxub, Downing Street bildirib.
Lakin o, koronavirus böhranının aradan qaldırılması işlərinə rəhbərlik etməyə davam edəcək.
Conson-da koronavirus simptomları yüngüldür və o, özünü Downing Street-də təcrid edəcək.
O, İngiltərənin baş tibb işçisi, professor Chris Whitty-nin şəxsi məsləhəti ilə analiz verib.
Conson yaydığı tvitində onda "24 saat ərzində yüngül simptomlar peyda olduğunu açıqlayıb.
Hazırda Britaniyada koronavirusa yoluxanların sayı 11600, ölənlərin sayı isə 578-dir.