Britaniya səfiri İrandan getdi

Britaniya səfiri İrandan getdi

Böyük Britaniyanın səfiri Robert Makeyr İranı tərk edib.

Rasthaber Azərbaycan  APA-ya istinadən verdiyi xəbərə görə, bu iddia ilə “İranın səsi” teleradio şirkəti çıxış edib.  

“Tasnim” agentliyi də R. Makeyrin ölkəni tərk etdiyi barədə məlumat yayıb.

 Xatırladaq ki, Böyük Britaniyanın İrandakı səfiri Robert Makeyr yanvarın 12-də Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra İran XİN-in müdaxiləsi nəticəsində azad edilib.

Xəbəri paylaş

VİDEOLAR