İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi “WikiLeaks”in yaradıcısı, jurnalist Culian Assanjın ABŞ-a ekstradisiyasına icazə verib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Məhkəmənin qərarında bildirilib.
Qeyd edək ki, bu ilin yanvar ayında London Məhkəməsi WikiLeaks-in təsisçisinin ABŞ-a ekstradisiyasına icazə verməmişdi. Buna səbəb isə ABŞ həbsxanasındakı saxlanma şəraitinin Assanjın intiharına səbəb ola biləcəyi ehtimalı idi. ABŞ isə bu qərardan Londondakı Məhkəməyə apellyasiya şikayəti vermişdi.