Yəmən mediası Britaniya qüvvələrinin Yəmənin Əl-Muhra şəhərindəki Əl-Qeyzə hava limanına gəldiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, son saatlarda yeni bir qurup britaniyalı hərbçi Omanla sərhəd olan Əl-Muhra məntəqəsinin Əl-Qaizə hava limanına daxil olub.
Əs-Sahafa Al-Iminiyah xəbərinə əsasən, Britaniya və Amerika qüvvələri 2018-ci ilin əvvəlindən Yəmənin şərqində yerləşən Əl-Qaizə hava limanından hərbi baza kimi istifadə edir.
Britaniya və Amrikanın Yəmənə daxil olan yeni hərbi qüvvələri Ölkənin suverenliyini və bütün beynəlxalq müqavilələri açıq şəkildə pozaraq, bu məntəqədə bir çox casusluq və düşmənçilik missiyalarını həyata keçirirlər.
Avqust ayında Amerika qüvvələrinin iki qrupu Hədramoutdakı Əl-Ryan hava limanından Əl-Ghaizah hava limanına daxil olub. Əl-Ryan hava limanı 2016-cı ildən Amerikanın bazasına çevrilib.
Məlumatda Əl-Məhrəyə daxil olan qüvvələrin Səna bölgəsində, münaqişələrin yaşandığı məntəqələrdən uzaqda neft, qaz əraziləri yaxınlığında olduqları qeyd olunub.