Əl-Məyadin-in məlumatına görə, Braziliyanın xarici işlər naziri Mauro Vieira bazar ertəsi gecə ölkəsinin İsrailə qarşı sanksiyalar tətbiq etmək qərarına gəldiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Vieyra bildirib ki, bu qərar sionist rejimin Qəzza zolağında törətdiyi soyqırıma cavab olaraq verilib.
O, açıqlamasında bildirib ki, bu tədbirlərdən biri də Braziliyanın İsrailə döyüş materialı ixracının dayandırılmasıdır.
Braziliyanın xarici işlər naziri Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı soyqırım işini rəsmən dəstəklədiklərini də vurğulayıb.
Vieira əlavə edib ki, Braziliya İordan çayının qərb sahilindəki qeyri-qanuni İsrail məskənlərindən məhsulların idxalını izləmək və yoxlamaq üçün ciddi mexanizmlər tətbiq edəcək.