Bəqai: İsrail UNRWA-nın Fələstindəki fəaliyyətini tamamilə dayandırmağa çalışır

Bəqai: İsrail UNRWA-nın Fələstindəki fəaliyyətini tamamilə dayandırmağa çalışır

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi beynəlxalq ictimaiyyəti 75 illik UNRWA təşkilatının sionist rejim tərəfindən tamamilə məhv edilməsinin və fələstinli qaçqınların ən elementar insan haqlarından məhrum edilməsinin qarşısını almağa çağıraraq bildirib: “İşğalçı rejim bu təşkilatın Fələstində fəaliyyətini tamamilə dayandırmağa çalışır.”

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün, çərşənbə, 30 oktyabrda X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “İşğalçı rejim BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 230-dan çox əməkdaşını qətlə yetirdikdən sonra indi bu qurumun Fələstində fəaliyyətini tamamilə dayandırmağa çalışır.”

 

“Bu hərəkət iyrənc və qəddardır və ağır nəticələrə səbəb olacaqdır, çünki UNRWA əvəzolunmaz və zəruri qurumdur, bu qurum olmasa, Qəzzədə yardım və humanitar sistem çökəcək” - deyə, Bəqai əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR