Bəqai: Fələstinlilər siyasi hədə-qorxu ilə öz vətənlərindən çıxmayacaq

Bəqai: Fələstinlilər siyasi hədə-qorxu ilə öz vətənlərindən çıxmayacaq

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi ABŞ prezidenti Donald Trampın Qəzzə xalqının öz torpaqlarından köçürülməsi ilə bağlı iddiasına reaksiya verərək bildirib: “İşğalçıların on beş ay davam edən soyqırım cinayəti fələstinliləri öz vətənlərindən qopara bilmədi. Siyasi hədə-qorxu və demoqrafik coğrafiyanın manipulyasiyası fələstinliləri köçməyə məcbur edə bilməyəcək.”

Az.rasthaber.com xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (28 yanvar, çərşənbə axşamı) X istifadəçi hesabında ABŞ-ın yeni prezidentinin Qəzzənin boşaldılması ilə bağlı mübahisəli iddialarına reaksiya verərək yazıb: “Fələstinin “müstəmləkə tərəfindən məhv edilməsi” planının bir hissəsi kimi Qəzzənin “təmizlənməsi” ideyası uzun müddətdir ki, Amerikanın ölümcül silah və sursatlarından, habelə maliyyə, siyasi və kəşfiyyat dəstəyindən istifadə etməklə həyata keçirilir.”

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: “İşğalçıların 15 ay davam edən soyqırım cinayəti fələstinliləri öz vətənlərindən qopara bilmədi. Siyasi hədə-qorxu və demoqrafik coğrafiyanın manipulyasiyası fələstinliləri köçməyə məcbur edə bilməyəcək.”

Xəbəri paylaş

VİDEOLAR