Böyük Britaniyada peyvəndlənmədən sonra koronavirusa yoluxma azaldı

Böyük Britaniyada peyvəndlənmədən sonra koronavirusa yoluxma azaldı

Ölkənin Səhiyyə naziri Matt Hancock bildirib.

Britaniyada Covid-19 peyvəndi vurulmuş insanlar arasında koronavirusun yoluxma sürəti "erkən məlumatlara görə," azalmaqdadır, ölkənin Səhiyyə naziri Matt Hancock bildirib.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Matt Hancock qeyd edib ki, xəstəxanalara müraciətlərin sayı pandemiyanın ilk dalğasından fərqli olaraq "kəskin dərəcədə" aşağıdır.

Səhiyyə nazirinin sözlərinə görə, hökumətin qarşısına qoyduğu hədəf iyul ayının sonuna qədər Britaniyada bütün yetkin vətəndaşlara Govid-19-a qarşı ilk peyvənd dozasının vurulmasını təklif etmək, hər üç nəfərdən birinin isə tam vaksinasiya olunmaq, yəni ikinci peyvənd dozasını vurmaq imkanını təmin etməkdir.

Xəbəri paylaş

VİDEOLAR