Böyük Britaniya, ABŞ və İsrail Yəmənə birgə hücuma keçib

Böyük Britaniya, ABŞ və İsrail Yəmənə birgə hücuma keçib

Yəməndəki Ənsarullah hərəkatı ABŞ, İngiltərə və İsrailin hava hücumları ilə paytaxt Səna və Hudeydə əyalətini hədəf aldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Husilərə bağlı SABA xəbər agentliyinin verdiyi məlumata görə, paytaxt Sənada Qəzzaya dəstək nümayişi üçün insanların toplaşdığı Sebiin meydanı yaxınlığında hava zərbələri endirilib. Ölkənin qərbində Qırmızı dəniz sahilində yerləşən Hudeydə əyalətində də hücumların həyata keçirildiyi, Hudeydə limanı və Rəs İsa limanının 6 hava hücumu ilə hədəf alındığı bildirilib. Əl-Məsirə telekanalı xəbər verir ki, Sənanın Senhan rayonundakı elektrik stansiyasına 8 hava zərbəsi endirilib.

Digər tərəfdən, İsrailin dövlət televiziyası KAN, İsrailin ABŞ və İngiltərənin Yəməndə husilərə qarşı təşkil etdiyi hava hücumlarında ilk dəfə iştirak etdiyini bildirib.

“Əl-Cəzirə”yə istinadən xəbərə görə, sionist rejim ordusuna məxsus radio bu gün (cümə) Yəmənə hücumda 20 döyüş təyyarəsinin iştirak etdiyini və bu təyyarələrin havada yanacaq doldurduğunu iddia edib.

İşğalçı ordunun iddiasına görə, bu döyüş təyyarələri bugünkü hücumlar zamanı Yəmənin müxtəlif bölgələrinə ən azı 50 bomba atıb.

Xəbəri paylaş

VİDEOLAR