Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı

Hava şəraiti ilə əlaqədar Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi bildirib.

Belə ki, sıx dumana görə İstanbil boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Qeyd edilib ki, dumanın sıxlığı görüntünün məhdudlaşmasına səbəb olub.

Əlavə olunub ki, İstanbuldakı bərə resyrlərində gecikmələr və ləğvlər baş verir.

Hava şəraiti münasib olduqdan sonra hərəkət bərpa ediləcək.

Xəbəri paylaş

VİDEOLAR