Borrelldən İsrailə: HƏMAS-ı məhv edə bilməzsiniz!

Borrelldən İsrailə: HƏMAS-ı məhv edə bilməzsiniz!

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Almaniyada keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransında paneldə çıxış edib.

Az.rasthaber.com xəbər verir ki, İsrail-Fələstin məsələsinə də toxunan Borrell deyib:

"Əgər bu mövzuda geosiyasi rol oynamaq istəyiriksə, Ukraynada olduğu kimi, daha çox birləşməliyik. Ancaq görürəm ki, burada fərqli yanaşmalar var və bir çoxları var. Üzv ölkələr öz oyunlarını oynamaq istəyirlər”. 

Fələstin xalqının gələcəyi ilə bağlı dəqiq istiqamət müəyyən edilmədən Yaxın Şərqdə sülhün olmayacağını bildirən Borrell münaqişənin həllinin hərbi olmadığını izah edib:

"HƏMAS bir ideyadır və siz heç bir ideyanı öldürə bilməzsiniz. İdeyanı öldürməyin yeganə yolu daha yaxşı ideya təqdim etməkdir. Təbii ki, alternativ İsrailin məhv edilməsi deyil. Bu, israillilərlə fələstinlilərin sülh şəraitində birlikdə yaşamalarını təmin etməkdir. Bunu yalnız hərbi üsullarla etmək olmaz”.

İordan çayının qərb sahilindəki vəziyyətə toxunan Borrell oradakı hadisələri "iki dövlətli həll yoluna əsl maneə" kimi qiymətləndirib.

"İordan çayının qərb sahili qaynayır. Biz daha böyük partlayışın astanasında ola bilərik", - Borrell deyib. 

Xəbəri paylaş

VİDEOLAR