Bölgədə sülh və sabitliyin bərpası mümkün olmayacaq - Mahmud Abbas

Bölgədə sülh və sabitliyin bərpası mümkün olmayacaq - Mahmud Abbas

Mahmud Abbas İsrail-Fələstin məsələsi və ABŞ Prezidenti Donald Trampın açıqladığı qondarma sülh planının müzakirə olunduğu BMT-də çıxış edib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Mahmud Abbas İsrail-Fələstin məsələsi və ABŞ Prezidenti Donald Trampın açıqladığı qondarma sülh planının müzakirə olunduğu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

İsrail və ABŞ-ın qondarma sülh planına münasibət bildirən Mahmud Abbas çıxışında planın beynəlxalq səviyyədə legitimliyinin olmadığına və İsrailin Fələstin ərazilərini ilhaq etməsinə zəmin yaratdığına diqqət çəkib və sülh danışıqları üçün beynəlxalq istinad kimi qəbul edilməməsinin vacibliyini vurğulayıb.

Abbas çıxışı zamanı deyib: “Plan ilə bölgədə sülh və sabitliyin bərpası mümkün olmayacaq. Bu səbəbdən qəbulu qeyri mümkündür və həyata keçirilməsinə mane olmaq üçün lazımlı addımları atmaqda imtina etməyəcəyik. İsrail və ABŞ-ın Fələstinə təklif etdiyi dövlət rejimi “İsveçrə pendirinə” bənzəyir. Belə bir dövləti və şərtləri kim qəbul edər?. Ölkələrinin mənfəəti uğrunda mübarizə aparan 300 İsrail rəsmisi belə indi ədalət uğrunda planın qəbuledilməz olduğunu səsləndirməyə başlayıb."

"ABŞ Konqresindən göndərilən bir məktubda 107, Senatdan isə 12 nümayəndə planı qəbul etmədiklərini vurğulayıblar. Bunlara əlavə olaraq Plana mənfi münasibət bildirənlər arasında  bəzi  ölkələrdə  prezidentliyə namizəd  olanlar da iştirak edir. İsrail və Fələstinlilər arasında sülhün bərpası hələ də mümkündür. Mən hərtərəfli və daimi sülh yolunda beynəlxalq tərəfdaşlıq üçün huzurlarınızdayam”, - deyə dövlət başçısı Mahmud Abbas vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR