Boko Haram terrorçularının hücumunda həlak olan 43 nəfər dəfn edildi

Boko Haram terrorçularının hücumunda həlak olan 43 nəfər dəfn edildi

Hücumun nəyə görə törədildiyi məlum deyil

Rasthaber xəbər verir ki, Nigeriyanın Borno әyalәtinin Zabarmari qәsәbәsindә terror tәşkilatı Boko Haram tәrәfindәn törәdilәn hücum nәticәsindә 110-dən çox adam hәlak olub və yaralanıb.

Terror hücumunun düyü əkin sahəsində həyata keçirildiyi önə çəkilir.

Məlumata görə, şənbə günü baş verən hücumdan sonra bazar günü 43 əkinçi dəfn olunub.

2000-ci ilin әvvәlindәn etibarәn mövcudluğunu davam etirәn Boko Haram tәşkilatının 2009-cu ildәn bәri  törәtdiyi hücumlarda 20 mindәn çox adam hәyatını itirib.

Terror tәşkilatı 2015-ci ildәn etibarәn Kamerun, Çad vә Nigerdә dә hücumlar törәdir. Terror tәşkilatının Çad gölü hövzәsindә törәtdiyi hücumlar nәticәsindә 2 min nәfәr hәyatını itirib, tәxminәn 3 milyon adam da evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

Xəbəri paylaş

VİDEOLAR