Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haram üzvü 6 terrorçu zərərsizləşdirilib.
Az.rasthaber.com xəbər verir ki, Nigeriya mətbuatının verdiyi məlumata əsasən, Mülki Birgə tapşırıq Qüvvələr (CJTF) əyalətin Bama bölgəsində Boko Haram üzvü terrorçulara qarşı əməliyyat keçirib. Əməliyyatda 6 terrorçu zərərsizləşdirilib, çoxlu sayda terrorçu tutulub.
Qeyd edək ki, son illərdə həyata keçirilən əməliyyatlara baxmayaraq, Nigeriyada Boko Haram hələ də ciddi təhlükəsizlik problemi yardmaqda davam edir.
Ölkədə 2000-ci illərin əvvəllərində ortaya çıxan terror təşkilatının 2009-cu ildən bəri törətdiyi terror aktlarında 20 mindən çox insan həyatını itirib.
Terror təşkilatı 2015-ci ildən isə ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda ən azı 2000 adam həyatını itirib. Yüz minlərlə insan didərgin düşüb.