Boeing təyyarələrinin sifarişləri əsrin əvvəlindən rekord səviyyə enib

Boeing təyyarələrinin sifarişləri əsrin əvvəlindən rekord səviyyə enib

"Boeing" korporasiyasının təyyarələrinin yeni sifarişləri və tədarük həcmi XXI əsrin əvvəlindən rekord səviyyə düşüb.

Rasthaber Azərbaycan APA-ya istinadən xəbər verir ki, korporasiyanın yaydığı məlumata görə, "Boeing" 2019-cu ildə cəmi 246 sifariş qəbul edib ki, bu da 2003-cü ildən bəri ən aşağı göstəricidir. "Boeing"in bu vəziyyətindən onun əsas rəqibi "Airbus" şirkəti yararlanaraq ötən il 768 təyyarə üçün sifariş qəbul edib. Bu, 2018-ci ilin göstəricisindən 21 təyyarə çoxdur.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında İndoneziyada "Lion Air" aviaşirkətinə, ötən ilin mart ayında isə "Ethiopian Air" aviaşirkətinə məxsus təyyarələrin qəzaya uğramasından sonra ABŞ-da və bir çox ölkələrdə "Boeing 737 MAX" təyyarələrinin uçuşları dayandırılıb. Bu hadisələr "Boeing" laynerlərinə olan tələbin aşağı düşməsinin başlıca səbəbidir.

Xəbəri paylaş

VİDEOLAR