BMT: Yəmən üçün dörd milyard dollardan çox vəsait toplanılmalıdır

BMT: Yəmən üçün dörd milyard dollardan çox vəsait toplanılmalıdır

Birləşmiş Millətlər Təşkilatı Yəmənə humanitar yardıma beynəlxalq marağın azalması səbəbindən donorlar konfransı keçirmək və burada 4 milyard dollardan çox vəsait toplamaq istəyir.

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bu barədə BMT mənbələri məlumat veriblər.

Birləşmiş Millətlər Təşkilatının Yardımlar üzrə rəsmisi Martin Qrifis, yardım agentliklərinin, yeddi ildir davam edən müharibə səbəbiylə iqtisadiyyatı və əsas xidmətləri dayanmış Yəmənə ərzaq, tibbi və digər zəruri yardımları azaltmaq və ya dayandırmaq məcburiyyətində qaldıqlarını bildirib.

O əlavə edib ki, "Cari ildə bu ehtiyaclara cavab vermək üçün təxminən 4,3 milyard dollara ehtiyac olacaq.”

M.Qrifis əlavə edib ki, Yəməndə 17 milyondan çox insan ərzaq yardımına ehtiyacı var və ilin ikinci yarısında bu rəqəmin 19 milyona çata biləcəyini gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR