BMT uşaq qatili sionist rejimi qınamaqdan çəkinir

BMT uşaq qatili sionist rejimi qınamaqdan çəkinir

Birləşmiş Millətlər Təşkilatı sionist rejimin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə həyata keçirdiyi hücumları pisləməkdən çəkinib.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında sionist rejimin Ceninə basqını ilə bağlı sualları cavablandırıb.

Fərhan Haq, BMT-nin pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumları pisləyib qınamayacağı sualına, "Əhalinin sıx olduğu bölgələrdə silahlı hücumlar qəbuledilməzdir. Bunu dəfələrlə dilə gətirmişik", - deyə qeyd edib.

“Biz bütün yaşayış məntəqələrinə edilən hücumların dayandırılmasını istəyirik” deyən Haq, davamlı suallara baxmayaraq, pilotsuz təyyarələrin hücumlarını pisləməkdən çəkindi.

Haq həmçinin belə iddia edib:

“İsrailin təhlükəsizlik əməliyyatları aparmaq hüququ var, lakin bunu mülki əhali arasında itkilərə səbəb olmadan və ya mülki infrastruktura zərər vermədən etməlidir”.

Haq, "İsraillilərin ölümünü qınayan BMT niyə Cenin hücumunu qınamır?" Suala cavab olaraq BMT-nin baş katibi Antonio Quterreşin keçən həftə verdiyi yazılı açıqlamada hər cür zorakılığı pislədiyini xatırladıb.

BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Wennesland hücumla bağlı verdiyi yazılı açıqlamada gərginliyin artmasının çox təhlükəli olduğuna diqqət çəkib, lakin hücumları da qınamayıb.

Xəbəri paylaş

VİDEOLAR