'BMT TŞ İsraili Qəzza, Livan və Suriyadakı təcavüzünü dayandırmağa məcbur etməlidir'

'BMT TŞ İsraili Qəzza, Livan və Suriyadakı təcavüzünü dayandırmağa məcbur etməlidir'

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani beynəlxalq ictimaiyyətin Qəzza və Livanda dərhal atəşkəs çağırışında yekdil olduğunu bildirib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, o, BMT TŞ-yə səslənərək bildirib:

"(BMT TŞ) Təcili və qətiyyətlə hərəkətə keçsin və İsrail rejimini Qəzza, Livan və Suriyadakı təcavüzünü və dəhşətli cinayətlərini dayandırmağa məcbur etsin".

İrəvani Suriyadakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında deyib ki, "Beynəlxalq ictimaiyyət Qəzza və Livanda dərhal atəşkəs çağırışında həmrəydir və Təhlükəsizlik Şurası öz üzərinə düşən məsuliyyətə əməl etməlidir. Biz bir daha Təhlükəsizlik Şurasından təcili və qəti addımlar atmasını və İsrail rejimini Qəzza, Livan və Suriyadakı təcavüzünü və dəhşətli cinayətlərini dayandırmağa və bu rejimin beynəlxalq hüquqa və rejimin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam əməl etməsinə əmin olunsun. Addım atmaq vaxtı gəlib".

"Biz İsrail rejiminin Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzkar hərəkətlərini və vəhşicəsinə hücumlarını qətiyyətlə pisləyirik. Belə ki, bu da beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. İşğalçı rejim qəsdən Suriya Ərəb Respublikasının infrastrukturunu iflic etmək, Suriyanın təhlükəsizlik problemlərini artırmaq və mühüm humanitar səylərə zərbə vurmaq üçün sistematik siyasət yürüdür", - o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR