Terroru İŞİD öz üzərinə götürmüşdü
BMT Təhlükəsizlik Şurası İraqda bazar yerinə edilən bombalı hücumu qınayıb. Rasthaber Azərbaycan trthaber-ə istinadla xəbər verir ki, BMT TŞ tərəfindən yayılan bəyanatda İraqın paytaxtı Bağdadda 19 iyulda məsuliyyətini İŞİD-in üzərinə götürdüyü, 30 nəfərin öldüyü və ən az 50 nəfərin yaralandığı bombalı hücumun ən sərt şəkildə qınandığı ifadə edilib.
Bəyanatda qurbanların ailələrinə, İraq hökumətinə və xalqına başsağlığı verilib, cinayətkarların ən qısa müddətdə ədalət qarşısına çıxarılması və cəzalandırılması istənib.
Bəyanatda BMT TŞ üzvlərinin İraqın müstəqilliyi, suverenliyi, birliyi, ərazi bütövlüyü, demokratik prosesi və firavanlığına dəstəyinin davam etdiyi bir daha vurğulanıb.