BMT: Suriyaya humanitar yardımın müddəti daha bir il uzadılmalıdır

BMT: Suriyaya humanitar yardımın müddəti daha bir il uzadılmalıdır

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres Suriyaya humanitar yardımın daha bir il müddətinə uzadılmasının həyati əhəmiyyət kәsb etdiyini deyib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Nyu Yorkda Suriyadakı humanitar vəziyyətlə bağlı keçirilәn iclasda çıxış edәn Antonio Quterreş  Suriyaya Babül sәrhәd-keçid mәntәqәsi vasitәsilә yardımların çatdırılmasının vacibliyini vurğulayıb.

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi 11 ildir vәtәndaş müharibәsinin getdiyi ölkәdә humanitar vәziyyәtin çox pislәşdiyini qeyd edib.

Antonio Quterreş çıxışında iyulun 10-da başa çatacaq yardım proqramının daha bir il uzadılmasını tövsiyə edib. 

Quterreş deyib: "Suriyada milyonlarla uşaq, qadın və kişi üçün humanitar vəziyyət ağır olaraq qalmağa  davam edir. Rəqəmlər aydındır. 14,6 milyon insanın humanitar yardıma ehtiyacı var. Əhalinin 90 faizi yoxsulluq həddinin altında yaşayır, ölkənin infrastrukturu münaqişələr nəticəsində dağılıb, iqtisadi fəallıq iki dəfə azalıb və insanlar uçurumun kənarında yaşayır".

Suriyanın şimal-qərbində artan ehtiyaclara toxunan Antonio Quterreş mayın 10-da Brüsseldə keçirilən 6-cı İanə Konfransında verilən yardım vədlərinin yerinə yetirilməsini tələb edərək, bu bölgədə əhalinin 90 faizindən çoxunun köməyə ehtiyacı olduğunu və 2,8 milyon insanın düşərgələrdə yaşadığını qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR