BMT Səudiyyənin lehinə hərəkət edir

BMT Səudiyyənin lehinə hərəkət edir

Bu sözləri Yəmənin Milli Qurtuluş Hökümətinin İnformasiya naziri Zeyfullah əş-Şami bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmənin Milli Qurtuluş Hökümətinin İnformasiya naziri Zeyfullah əş-Şami bununla bağlı açıqlama verib.

O “Səudiyyə işğalçı gücləri, Yəməndəki hücumlarını artırmaq istədiklərində Yəmən və dünya səviyyəsində ictimaiyyəti aldatmağa cəhd edirlər.”, -deyə bildirib.

Əş Şabi BMT-də Yəmənin xüsusi təmsilçisi Martin Griffithsin Səudiyyə koalisiyasının çıxarları istiqamətində addımlarını tənqid edərək “İşğalçı Səud koalisiyası sülh istədiklərini iddia edirlər. BMT-də Yəmənin xüsusi təmsilçisi Martin Griffiths də ictimaiyyəti aldatmaq üçün təcavüzkarların xeyrinə hərəkətə keçir”, -deyə qeyd edib.

BMT-də Yəmənin xüsusi təmsilçisinin açıqlaması ilə Səudiyyə koalisiyasının açıqlamasının bir-birinə yaxın olduğunu önə çəkən Yəmənin Milli Qurtuluş Hökümətinin İnformasiya naziri Zeyfullah əş-Şami deyib: “Səudiyyə koalisiyasının hücumları dırnaqarası atəşkəs elanından bu günə qədər artmışdır. Biz də hər cür hücuma cavab vermə haqqını özümüzdə saxlayırıq.”

Xəbəri paylaş

VİDEOLAR