BMT: Son 6 ayda İsrail əsgərləri tərəfindən 167 fələstinli öldürülüb

BMT: Son 6 ayda İsrail əsgərləri tərəfindən 167 fələstinli öldürülüb

“Middle East Monitor” internet saytının məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər İdarəsi işğalçı sionist İsrail qüvvələri tərəfindən son 6 ayda 167 fələstinlinin öldürüldüyünü elan edərək, ölüm nisbətinin ötən illə müqayisədə artdığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, bu hesabata əsasən, bu rəqəm 2022-ci ildə sionist rejim qüvvələri tərəfindən öldürülən fələstinlilərin ümumi sayından çoxdur ki, bu da 155 nəfərdir.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər İdarəsi iyul-avqust aylarında İordan çayının qərb sahilində sionist qüvvələrin 60-ı uşaq olmaqla 276 fələstinlinin yaralandığını açıqlayıb.

"Sionist rejim rəsmiləri işğal olunmuş Qüdsün şərqində və İordan çayının qərb sahilində “C” bölgəsində 56 binanı söküb və ya müsadirə ediblər. 

Nəticədə 12-si uşaq olmaqla 23 fələstinli məcburi köçkün vəziyyətinə düşüb və 3500-dən çox insanın güzəranına ziyan dəyib.", - hesabatda bildirilib.

Xəbəri paylaş

VİDEOLAR