BMT: Rəfahda son 2 gündə 32 mindən çox fələstinli köç etmək məcburiyyətində qalıb

BMT: Rəfahda son 2 gündə 32 mindən çox fələstinli köç etmək məcburiyyətində qalıb

İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağının cənubundakı Rəfahda son 2 gündə 32 mindən çox fələstinli köç etmək məcburiyyətində qalıb.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) sosial media hesabında Rəfahdakı vəziyyətlə bağlı yazılı açıqlama yayıb.

Məlumatda bildirilir: “İsrailin hücumlarının hədəfi olan Rəfahda son 2 gündə 32 mindən çox fələstinli köç etmək məcburiyyətində qalıb. Ailələr təhlükəsiz yer axtarır, lakin onlar üçün Qəza zolağında dağıntı və xarabalıqdan başqa heç nə yoxdur.

Köçmək məcburiyyətində qalan fələstinli ailələrin görüntüləri də Qəzzada təhlükəsiz yer qalmadığını göstərir.

Atəşkəs elan edilib. Amma hər şeylərini geridə qoymuş fələstinlilərin həyatı hər gün risk altındadır”.

Xatırladaq ki, İsrail ordusu mayın 6-da məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bir sıra məhəllələrin boşaldılması üçün xəbərdarlıq etmişdi. Bundan sonra mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirib.

UNRWA-nın 28 mayda verdiyi açıqlamada mayın 6-dan etibarən 1 milyon fələstinlinin Rəfahı tərk etməli olduğu bildirilib.

 

Xəbəri paylaş

VİDEOLAR