BMT: 'Qəzzadakı müharibə ətraf mühitə ciddi ziyan vurdu'

BMT: 'Qəzzadakı müharibə ətraf mühitə ciddi ziyan vurdu'

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin 8 aydır davam edən hücumlarının Qəzza zolağında ətraf mühitə ciddi ziyan vurduğunu açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, UNRWA-nın rәsmi ‘’X’’ internet sәhifәsindә edilәn paylaşımda 5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibəti ilə İsrailin Qəzzaya etdiyi hücumların sәbәb olduğu vəziyyətlə bağlı məlumat verilib.

Paylaşımda bu ifadәlәrә yer verilib: “Qəzzadakı müharibə milyonlarla fələstinlinin həyatını dəyişib və təbii mühitə böyük ziyan vurub”.

Fələstinlilərin zibil dağlarının əmələ gəldiyi və infrastrukturun olmadığı ərazilərdə yaşamaq məcburiyyətində qaldığı bildirilib. Qəzza zolağında ətraf mühitin mühafizəsi xidmətlərinin yenidən fəaliyyətə başlaması üçün illәrә ehtiyac olduğu vurğulanıb.

Fələstin Mərkəzi Statistika Bürosu və Fələstin Ətraf Mühitin Keyfiyyəti Təşkilatının yaydığı birgə bəyanatında deyilir:

"Qəzza zolağındakı mövcud suyun hücumdan əvvəl mövcud olan ümumi suyun təxminən 10-20 faizini təşkil etdiyi təxmin edilir".

İsrailin Qəzzaya tәşkil etdiyi hücumların infrastrukturu məhv etdiyi, yanacaq çatışmazlığının isә su təmizləyici qurğu və sistemlərin sıradan çıxmasına səbəb olduğu vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR