BMT: Qəzzada ərzaq təhlükəsizliyi kritik həddə çatıb

BMT: Qəzzada ərzaq təhlükəsizliyi kritik həddə çatıb

BMT Qəzzada təhlükəsizlik vəziyyəti, sərhədlərin bağlanması, idxal məhdudiyyətləri və əsas infrastrukturların zədələnməsi səbəbindən ərzaq təhlükəsizliyinin çox kritik həddə çatdığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, gündəlik mətbuat konfransında Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatlarına istinadən, İsrailin Rəfah şəhərinə hava hücumlarının intensivləşdiyini bildirib.

Davamlı və etibarlı qida tədarükünün qarşısının alındığını vurğulayan Dujarrik, Qəzzada təhlükəsizlik vəziyyəti, sərhədlərin bağlanması, idxal məhdudiyyətləri və əsas infrastrukturların zədələnməsi səbəbindən ərzaq təhlükəsizliyinin çox kritik həddə çatdığını qeyd edib.

Dujarric, Rəfahda humanitar vəziyyətin getdikcə pisləşdiyini və insanların yemək üçün yük maşınlarını saxlamağa başladığını ifadə edərək, xüsusilə uşaqların, qocaların və sağlamlıq problemi olan insanların qida çatışmazlığı səbəbindən daha çox risk altında olduğuna diqqət çəkib.

Xəbəri paylaş

VİDEOLAR