BMT nümayəndəsi İraqdakı siyasi böhranın bitməsi üçün Müqtəda Sədrlə görüşüb

BMT nümayəndəsi İraqdakı siyasi böhranın bitməsi üçün Müqtəda Sədrlə görüşüb

Birləşmiş Millətlər Təşkilatının İraqdakı missiyasının rəhbəri ölkədə hökm sürən siyasi böhranın aradan qaldırılması üçün Müqtəda Sədrlə görüşüb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İraqdakı missiyasının rəhbəri Janin Plassxart Sədr hərəkatının lideri Müqtəda Sədr ilə görüşünü müsbət qiymətləndirib.

İraq Xəbər Agentliyinin (INA) verdiyi məlumata görə, Plassxart Sədrlə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib ki, o, “cənab Sədrlə siyasi böhran probleminin həlli yolunun tapılmasının vacibliyini müzakirə edib."

Qeyd edək ki, Plassxart Nəcəfdə Sədr hərəkatının lideri Müqtəda Sədrin ofisinə gedib.

İraqdakı Sədr hərəkatının lideri Müqtəda Sədr bir müddət əvvəl növbədənkənar seçkilərə çağırıb. O, digər siyasi cinahların təklif etdiyi baş nazirlik postuna namizədlərlə razılaşmır. Onun tərəfdarları hələ də parlamentin içində aksiyanı davam etdirirlər.

Xəbəri paylaş

VİDEOLAR