BMT növbəti dəfə Yəmənlə bağlı həyəcan siqnalı verdi

BMT növbəti dəfə Yəmənlə bağlı həyəcan siqnalı verdi

BMT Baş katibinin Humanitar Məsələlər üzrə müavini Mark Lowcock bu barədə açıqlama yayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT), dünyanın ən təhlükəli  humanitar böhranının hökm sürdüyü, aclıq riskinin  tüğyan  etdiyi  Yəməndə yeni infeksiya dalğası səbəbiylə “Kovid-19”-a  yoluxanların  sayının iki dəfədən çox artdığını bildirib.

 

Rasthaber xəbər verir ki, BMT Baş katibinin Humanitar Məsələlər üzrə müavini Mark Lowcock Yəməndəki humanitar vəziyyət barədə BMT Təhlükəsizlik Şurasına  brifinq  verib.  Son  bir  neçə  həftədən  bəri  “Kovid-19”  infeksiyasının Yəməndə sürətlə  yayıldığını   ifadə  edən  Lowcock, dünyanın ən təhlükəli humanitar böhranının yaşandığı ölkədə yeni dalğa səbəbiylə 6 həftə  ərzində  koronavirus epidemiyasına yoluxanların sayının həddindən çox artdığına diqqət çəkib.

Ölkədəki xəstəxanaların kifayətsiz qaldığını  bir çox  xəstənin  geri qaytarıldığını ifadə edən Lowcock,   fəlakətin  qarşısının  alınması   üçün  tərəfləri müharibəni və humanitar çatışmazlığı bitirməyə,  yardımı artırmağa çağırıb. 

Xəbəri paylaş

VİDEOLAR