İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bu gün səhər tezdən İranın Amerikanın son terror əməliyyatına raket cavabına münasibət bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bu gün səhər tezdən İranın Amerikanın son terror əməliyyatına raket cavabı barədə yazıb: "Bu addım BMT Nizamnaməsinə uyğun surətdə atılıb və Amerikanın qorxaqcasına hücumuna mütənasib bir cavab olub".
O, tvitter hesabında bu haqda qeyd edib:
"İran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə özünümüdafiə istiqamətində mütənasib addımlar atdı və İranın yüksək vəzifəli rəsmiləri və vətəndaşlarına qarşı "qorxaqcasına hücum"un təşkil edildiyi bazanı hədəfə aldı."
"Biz gərginliyin şiddətlənməsini və ya müharibə istəmirik, amma hər bir hücum qarşısında özümüzü müdafiə edəcəyik.", -deyə Zərif əlavə edib.