BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq Yəməndəki son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq üçün Tehrana gəlib.
Az.rasthaber.com xəbər verir ki, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq İran rəsmiləri ilə görüşmək üçün Tehrana səfər edib.
Hans Qrundberq Tehranda İran Xarici İşlər Nazirliyinin bəzi rəsmiləri ilə Yəməndəki vəziyyəti və bu ölkədəki son hadisələri, o cümlədən sülh danışıqlarını müzakirə edəcək.