BMT-nin Uqandadakı ofisinin fəaliyyəti dayandırılıb

BMT-nin Uqandadakı ofisinin fəaliyyəti dayandırılıb

Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarı Volker Türk BMT-nin Uqandadakı ofislərinin fəaliyyətinin dayandırıldığını deyib.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarı Volker Türk BMT-nin Uqandadakı ofislərinin fəaliyyətinin dayandırıldığını deyib.

Bu barədə Volker Türk yazılı açıqlama verib. Uqandadakı ofisin 18 il fəaliyyət göstərdiyini ifadə edən Volker Türk bu proses ərzində böyük irəliləyiş əldə olunsa da, insan hüquqları ilə bağlı ciddi problemlərin davam etdiyini qeyd edib.

2026-cı ildə keçiriləcək parlament seçkilərindən əvvəl Uqandadakı humanitar vəziyyətlə bağlı narahatlığını ifadə edən Volker Türk hökumətə milli insan hüquqları qurumunun effektiv və səmərəli fəaliyyət göstərməsini təmin etmələri ilə əlaqədar çağırış edib.

Xəbəri paylaş

VİDEOLAR