BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi bu gün Dəməşqə səfər edəcək

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi bu gün Dəməşqə səfər edəcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen bu ölkənin konstitusiyasını hazırlayan komitənin 9-cu iclasının tarixinin müəyyənləşdirilməsini nəzərdən keçirmək və Suriya rəsmiləri və İranın Dəməşqdəki səfiri ilə görüşmək üçün bu gün Dəməşqə səfər edəcək.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen bu ölkənin konstitusiyasını hazırlayan komitənin 9-cu iclasının tarixinin müəyyənləşdirilməsini araşdırmaq üçün bu gün Dəməşqə səfər edəcək.

Geir Pedersen Suriyanın yeni konstitusiyasının yaradılması ilə bağlı siyasi prosesin irəliləyişinə dair Suriya rəsmiləri ilə məsləhətləşmələr aparacaq.

Pedersen Dəməşqə səfəri çərçivəsində Suriyanın xarici işlər naziri Faysal Mikdad, Konstitusiyaya Dəyişiklik Komissiyasının sədri Əhməd əl-Kızbari, İranın Dəməşq səfiri Hüseyn Əkbəri və Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov ilə görüşəcək.

Xəbəri paylaş

VİDEOLAR