BMT-nin Orta Şərq Agentliyinin Qəzzada 29 əməkdaşı öldürülüb.
Az.rasthaber.com xəbər verir ki, Qəzza zolağında gedən döyüşlər nəticəsində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA ) 29 əməkdaşı həlak olub.
Bu barədə məlumat agentliyin saytında yayımlanıb.
“Oktyabrın 7-dən bəri Qəzzada 29 həmkarımızın öldürüldüyü təsdiqlənib”, - deyə məlumatda bildirilir.
UNRWA açıqlamasında işçilərinin vəfatından dərin kədər duyulduğunu və həyatını itirənlərə görə yas saxlanıldığını bildirib.