Sionist İsrailin xarici işlər naziri İsrael Katz BMT İnsan Haqları Şurasının İsrailə silah embarqosu ilə bağlı çağırışına reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, şənbə günü X-də dərc olunan yazıda Katz BMT-nin HƏMAS ilə əməkdaşlıq etdiyini və İsrailin öz vətəndaşlarını müdafiə etmək hüququnu pozmağa çalışdığını iddia edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəçiləri Qəzzada istifadə ediləcəyi və beynəlxalq hüququ pozacağı səbəbilə İsrailə silah satışını dərhal dayandırmağa çağırıblar.
BMT-dən verilən açıqlamada, ixrac edən ölkələrin silahları qanuna zidd bir şəkildə istifadə etməyi hədəfləməsələr də, “açıq bir risk olduğu müddətcə bu cür satışın qadağan edildiyi” xatırladılıb.