BMT-nin Baş katibi qlobal ərzaq böhranı barədə xəbərdarlıq edib

BMT-nin Baş katibi qlobal ərzaq böhranı barədə xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş qlobal ərzaq böhranı barədə xəbərdarlıq edib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş, milyonların ölümünə səbəb olan ərzaq böhranının başlıca səbəbləri kimi, iqlim dəyişikliyi və koronavirus pandemiyasını göstərərək, Ukraynadakı müharibəni də bura şamil edib.

O, həmçinin 2022-ci ildə, çoxsaylı aclıqların elan olunacağını və 2023-cü ilin daha pis ola biləcəyini deyib.

Antonio Quterreş deyib: "Heç bir ölkə belə bir fəlakətin sosial və iqtisadi nəticələrindən sığortalanmayacaq".

Xəbəri paylaş

VİDEOLAR